Ter Ştegenə 6.3 milyon avroluq təklif

"Barselona” futbolçusu Mark-Andre Ter Ştegenə təklif etdiyi müqavilənin detalları məlum olub.

Ter Ştegenə 6.3 milyon avroluq təklif
https://peyk.az

Peyk.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçuya 2024-cü ilədək nəzərdə tutulan müqavilə təklif edib.

Müqaviləyə görə, alman qolkiper ildə 6,3 milyon avro məvacib qazanacaq. Tərəflərin bu müqavilə ilə bağlı danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulur.