Timsahın qadına hücumu lentə alındı - VİDEO

Hindistanda timsah 70 yaşlı bir qadına hücum edib. Şahidlərdən biri baş verənləri lentə alıb.

Peyk.az xəbər verir ki, ətraflı məlumatı “The Times of India” nəşri yayıb.

Timsah suyun içində diz çökmüş vəziyyətdə paltar yuyan bir qadının ayağından tutub. Yoldan keçən iki nəfər bunu görüb ətrafdakıları köməyə çağırıb. Yırtıcı isə qadını suyun içinə aparıb.

Bir neçə kişi timsahı qorxutmaq üçün əvvəlcə çubuqları suya vurub, sonra isə yırtıcı ilə əlbayaxa olublar. Nəticədə timsah qadını buraxıb.