Tramp Harri və Meqanın təhlükəsizliyinə pul tökməkdən İMTİNA ETDİ - 26 MİLYON DOLLAR

Şahzadə Harri ailəsilə birlikdə Los-Anclesə köçdükdən sonra ABŞ onların təhlükəsizliyini təmin etmək üçün pul ayırmayacaq.

Tramp Harri və Meqanın təhlükəsizliyinə pul tökməkdən İMTİNA ETDİ - 26 MİLYON DOLLAR
https://peyk.az


Peyk.az-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün ,"Twitter" səhifəsində yazıb:

"Mən Kraliçanın və Birləşmiş Krallığın böyük dostu və pərəstişkarıyam. Krallığı tərk edən Harri və Meqanın Kanadada daimi yaşayacağı bildirilirdi. İndi isə onlar Kanadadan ABŞ-a köçüblər, lakin ABŞ onların təhlükəsizliyi üçün pul ödəməyəcək. Onlar özləri ödənməlidirlər!"



Hazırda ABŞ koronavirusla fəal mübarizə aparır və, rezerv pullar da daxil olmaqla, bütün maliyyə səhiyyə sahəsinə yönəldilib.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Harri və Meqanın təhlükəsizlik xidmətinin 2019-cu il üçün xərcləri ildə 7,7 milyon dollardan 26 milyon dollara qədər artıb.



Fevralda Kanadanın təhlükəsizlik naziri bildirmişdi ki, kral ailəsinin üzvləri olaraq işlərini dayandıracaqları üçün dövlət Harri və Meqanın təhlükəsizliyini öz hesabına ödəməyəcək.