Tramp koronavirusu yox edən iki dərmanın adını AÇIQLADI

ABŞ prezidenti Donald Tramp koronavirusun mülaicəsində istifadə edilməsi nəzərdə tutulan dərmanın 20 xəstə üzərində test edildiyini və nəticələrin uğurlu olduğunu açıqlayıb.

Tramp koronavirusu yox edən iki dərmanın adını AÇIQLADI
https://peyk.az

Peyk.az-ın məlumatına görə, o bildirib:

"Hydroxychloroquine” və “Azithromycin” dərmanları birlikdə qəbul edildiyi təqdirdə, dünya tibb tarixində önəmli yerə gəlmə şansına sahibdir. Qida və Dərman İdarəsi dağları yerindən oynatdı. Ümid edirəm ki, bu dərmanlar vaxt itkisi olmadan birlikdə satışa çıxarılacaq”.

Qeyd edək ki, Trampın bu açıqlamaları birmənalı qarşılanmayıb. Bəzi dairələr hesab edir ki, sadəcə 20 xəstə üzərində sınaqdan keçirilən dərman barədə iddialı danışmaq doğru deyil.