Tramp koronaya yeni ad qoydu ara qarışdı

ABŞ Prezidenti Donald Trampın yeni tip koronavirus epidemiyasını (Kovid-19) "Çin virusu" kimi təqdim etməsi müzakirələrə səbəb olub.

Tramp koronaya yeni ad qoydu ara qarışdı
https://peyk.az

Peyk.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Trampı işlətdiyi “Çin virusu” ifadəsinə görə irqçilikdə ittiham ediblər.

Qeyd edək ki, ABŞ lideri D.Tramp Tvitter hesabında bunları yazmışdı:

“Çin virusundan təsirlənən şirkətləri ciddi şəkildə dəstəkləyəcəyik. Həmişəkindən daha güclü olacağıq”.