UEFA: Futbol mövsümünün bərpası barədə danışmaq hələ tezdir

Avropa Futbol Asossiasiyaları Birliyi (UEFA) hesab edir ki, futbol mövsümün bərpa olunmasının vaxtı ilə bağlı proqnoz vermək hələ tezdir.

UEFA: Futbol mövsümünün bərpası barədə danışmaq hələ tezdir
https://peyk.az

Peyk.az qurumun rəsmi saytına istinadən xəbər verir.

Martın 17-də UEFA koronavirus pandemiyası səbəbindən Avropa çempionatını 2020-ci ilin yayından 2021-ci ilin yayına keçirmək qərarına gəlib. Çempionlar Liqası, Avropa Liqası və demək olar ki, Avropanın bütün milli çempionatları dayandırılıb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib.

Mütəxəssislər xəstəlik törədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.