Windows 10-nun istifadəçi kütləsi 1 milyardı keçdi

Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin əldə etdiyi yeni nailiyyət barəsində məlumat verib.

Windows 10-nun istifadəçi kütləsi 1 milyardı keçdi
https://peyk.az

Belə ki, sözügedən əməliyyat sistemi əsasında çalışan aktiv cihazların sayı 1 milyardı keçib. Beləliklə dünyanın 200-dən çox ölkəsində hər yeddinci şəxs Microsoft-un bu əməliyyat sistemindən istifadə edir. Bu barədə 4pda saytı xəbər verib. Şirkət təmsilçiləri Windows 10-un əsas təkamül faktorlarından danışıblar.

    Şirkət qeyd edib ki, Windows 10 üçün yenilənmələr il ərzində bir neçə təqdim olunurlar. Lakin əməliyyat sisteminin ilk versiyaları hər 3 ildən bir böyük yenilənmələr əldə edirdilər. Windows 10 yenilənmələrinin öncədən test ediməsi və qiymətləndirilməsi üçün yaradılmış Windows Insider Program proqramında bütün dünya üzrə 17.5 milyondan çox könüllü çalışır.

    Tərtibatçıların verdikləri məlumatlara əsasən Windows 10 müxtəlif konfiqurasiyalara sahib 80.000-dən çox noutbuk modelinə və “2-in-1” cihazlara quraşdırılmış yeganə əməliyyat sistemidir. Azure bulud servisi və virtual sistemlər sayəsində Windows 10 demək olar bütün platformalarda aktivdir. Bununla yanaşı şirkət təmsilçiləri qeyd ediblər ki, onlar Windows IoT, Windows 10 Teams, Windows Server, Windows 10X kimi Windows 10-nun müxtəlif versiyalarına investisiyalar yatırmağı planlaşdırırlar.