YAP Fonda 200 min köçürəcək

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

YAP Fonda 200 min köçürəcək
https://peyk.az

YAP-dan verilən məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsundə iştiraka cəlb edilmiş, onlara müvafiq göstərişlər verilmişdir.

Yeni Azərbaycan Partiyası eyni zamanda, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır. Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyyə olunmuşdur.

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhvəsini verəcək.