Zelenski metroların bağlanmasına göstəriş verdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə koronavirus səbəbindən bütün metro stansiyaları martın 18-i saat 12:00-dan etibarən bağlanmalıdır.

Zelenski metroların bağlanmasına göstəriş verdi
https://peyk.az

Peyk.az xəbər verir ki, Strana.ua-nın məlumatına görə, bu barədə Zelenski özünün “Telegram” kanalında bildirib.

“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, – deyə ölkə başçısı açıqlama verib.

Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus/tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir.