ABŞ bazası "Katyuşa"dan atəşə tutuldu - 5 yaralı

İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində, “yaşıl zona” adlandırılan ərazidə güclü partlayış baş verib.

ABŞ bazası
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələri məlumat yayıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

İraq mətbuatı raketin ABŞ səfirliyi yaxınlığında partladığını yazıb.

“Röyter”in məlumatına görə, Bağdad minaatanlardan atəşə tutulub və nəticədə 5 nəfər yaralanıb.

Ordu hissələri və polis qüvvələri Bağdadın raket atəşinə tutulan “yaşıl zonası”na göndərilib.

Bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Məlumata görə, “Katyuşa” tipli iki raket ABŞ səfirliyinin yerləşdiyi əraziyə düşüb.

Bundan başqa daha 4 raket Səlahəddin əyalətində yerləşən ABŞ hərbi bazasına atılıb.