ABŞ bölgəni dərhal tərk etsin - Musəvi

ABŞ-ın Suriya və İraqdakı hücumları terror aktıdır və bölgəni dərhal tərk etməsini istəyirik. ABŞ-ın Suriya və İraqdakı hücumları terror aktıdır və bölgəni dərhal tərk etməsini istəyirik.

ABŞ bölgəni dərhal tərk etsin - Musəvi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

"ABŞ-ın İraqın təhlükəsizlik qüvvələrinə hücumu terrorun birbaşa sübutudur. Tehran bunu qınayır", - Musəvi deyib.

Qeyd edək ki, ötən gün ABŞ Kərkük yaxınlığındakı hərbi bazasına edilən hücuma qarşılıq olaraq İraq və Suriyada Hizbullahın mövqelərinə zərbələr endirib.