ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır

ABŞ-da son gün ərzinsə COVID-19-dan 704 nəfər ölüb.

ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır

ABŞ-da son gün ərzində COVID-19-dan704 nəfərölüb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ;bununla da Birləşmiş Ştatlarda koronavirusdan ölüm hallarının ümumi sayı 106 945-ə çatıb.

Qeyd edilir ki, ABŞ COVID-19 pandemiyasının episentri olaraq qalmaqda davam edir. Bu ölkədə virusa yoluxma və ölüm hallarının ən böyük sayı qeydə alınıb. Birləşmiş Ştatlarda 1 milyon 869 min nəfər COVID-19 xəstəsi qeydiyyata alınıb. Ölkədə 618 mindən çox insan koronavirusdan sağalıb. ;

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.