ABŞ-da futbolçu məişət zorakılığına görə klubdan uzaqlaşdırıldı

ABŞ-ın "Dallas" klubu qapıçısı Cessi Qonsalesi müvəqqəti olaraq&komandadan uzaqlaşdırılıb.&

ABŞ-da futbolçu məişət zorakılığına görə klubdan uzaqlaşdırıldı

ABŞ-ın "Dallas" klubu qapıçısı Cessi Qonsalesi müvəqqəti olaraq ;komandadan uzaqlaşdırılıb. ;

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper məşqlərdə yer almayacaq. ;

Buna səbəb onun məişət zorakılığında ittiham olunmasıdır. ;Qonsales istintaq zamanı komanda ilə birlikdə ola bilməyəcək. ;

"Dallas" nümayəndələri istintaqa tam köməklik göstərəcəklərini və proses bitənə qədər liqa rəhbərliyi ilə yaxından əməkdaşlıq edəcəyini vəd edib. ;

Qeyd edək ki, ;Cessi Qonsales 2015-ci ildən "Dallas"da çıxış edir. O, karyerası ərzində 117 oyun keçirib. MLS-də çempionat mart ayında koronavirusa görə dayandırılıb. ;