ABŞ-da koronavirusa 22 mindən çox yeni yoluxma qeydə alınıb

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1, 9 milyon nəfəri ötüb.

ABŞ-da koronavirusa 22 mindən çox yeni yoluxma qeydə alınıb

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1, 9 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Ölkədə son 24 saat ərzində 22 302 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, 712 nəfər isə infeksiyanın yaratdığı xəstəlik səbəbindən vəfat edib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda ümumilikdə 110 mindən çox pasiyent koronavirusdan ölüb. Müalicə alaraq sağalan xəstələrin sayı isə 506 mini ötüb. ;