ABŞ-da koronavirusa məhəl qoymayan insanlar çimərliyə axışdılar - VİDEO

Bütün dünyanı cənginə alan koronavirusun episentrlərindən birinə çevrilmiş ABŞ-ın Florida ştatında insanlar çimərliyə axın ediblər. Sondakika.com xəbər verir ki, yerli sakinlər sosial məsafə gözləmədən “Clearwater Beach” çimərliyində istirahət etmək qərarına gəliblər. Florida ştatında koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində bağlanılan bəzi çimərlik və parkların...

ABŞ-da koronavirusa məhəl qoymayan insanlar çimərliyə axışdılar - VİDEO

Bütün dünyanı cənginə alan koronavirusun episentrlərindən birinə çevrilmiş ABŞ-ın Florida ştatında insanlar çimərliyə axın ediblər.

Sondakika.com xəbər verir ki, yerli sakinlər sosial məsafə gözləmədən “Clearwater Beach” çimərliyində istirahət etmək qərarına gəliblər.

Florida ştatında koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində bağlanılan bəzi çimərlik və parkların iki həftə əvvəl qismən yenidən açılması barədə qərar qəbul edilib.

Lakin yalnız gəzintiyə və velosiped sürməyə icazə verilən çimərlik ərazisi insanlarla dolub.