ABŞ-da növbəti FLOYD qalmaqalı -Daha bir qaradərili öldürüldü

ABŞ-ın Nyu-York şəhərində daha bir qaradərili öldürülüb.

ABŞ-da növbəti FLOYD qalmaqalı -Daha bir qaradərili öldürüldü

ABŞ-ın Nyu-York şəhərində daha bir qaradərili öldürülüb.

Peyk.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyu-Yorkdakı həbsxanalardan birində baş verib.

Məlumata görə, qaradərili məhbus saxlanıldığı kameraya bibərqazı ilə müdaxilə nəticəsində öldürülüb.

Hadisə ilə bağlı Federal Həbsxana Bürosu açıqlama yayıb.

Açıqlamada bildirilib ki,  Bruklindəki bir həbsxanada 35 yaşlı məhbus Jamel Floyd kamerada barrikada qurub və qapı şüşəsini sındırmaq üçün metal əşyadan istifadə edib.

Qeyd edilib ki, özünə və ətrafındakılara zərərli olan Floydun zərərsizləşdirilməsi üçün məsul işçilər gözyaşardıcı qazdan istifadə edib.

Müdaxilədən sonra Floyd xəstəxanaya aparılsa da, onun öldüyü bildirilib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə (Minnesota ştatı) 46 yaşlı qaradərili Corc Floyd Derek Çavin adlı polis əməkdaşının onu yerə yıxıb dizilə 9 dəqiqə ərzində boğazını sıxması nəticəsində ölmüşdü. Bu hadisədən dərhal sonra şəhərlərdə iğtişaşlar başlamış, kütləvi etiraz nümayişləri keçirilmişdi. Aksiyalar ölkənin 20-dən çox ştatını əhatə edib.

www.peyk.az