ABŞ-da təyyarə qəzası - 9 ölü

ABŞ-ın Cənubi Dakota əyalətində təyyarə qəzası baş verib.

ABŞ-da təyyarə qəzası - 9 ölü
https://peyk.az

Peyk.az xəbər verir ki, Çemberlen şəhərində aeroportdan qalxan təyyarə az sonra yerə düşüb.

“Pilatus PC-12” tipli təyyarənin göyərtəsində 12 nəfər olub. Qəza zamanı ikisi uşaq olmaqla 9 nəfər ölüb. Qalan üç nəfər isə yaralı olaraq xilas edilib.

Qəzanın hansı səbəbdən baş verməsiylə bağlı rəsmi açıqlama verilməyib.