ABŞ-da təyyarə qəzası - Ölənlər var

ABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

ABŞ-da təyyarə qəzası - Ölənlər var

ABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Peyk.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub.

Qeyd edilib ki, Florida ştatından İndiana ştatına uçan təyyarənin göyərtəsində pilot və bir ailənin 4 üzvü olub.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsindən bildiriblər ki, təyyarə fırtınaya düşüb, amma qəzanın məhz bu səbəbdən baş verdiyini demək mümkün deyil.

Hadisənin digər təfərrüatları açıqlanmır.

www.peyk.az