ABŞ daha bir ölkədə təlimlərini təxirə saldı

Vaşinqton İran generalı Qasım Süleymaninin öldürüldüyü əməliyyatdan sonra gərginliyin artması səbəbindən Mərakeş sahillərində hərbi-dəniz təlimlərinin təxirə salınması barədə qərar qəbul edib.

ABŞ daha bir ölkədə təlimlərini təxirə saldı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı Mərakeşin “360” xəbər portalı yayıb.

ABŞ hərbi gəmilərinin və Mərakeş Krallıq donanmasının iştirak edəcəyi “Afrika dəniz aslanı” adlı birgə təlimlər 8 yanvar 2020-ci ildə Aqadir şəhəri sahilində başlamalı idi.