ABŞ-dan Belarusa göndərilən neft limana çatıb

"Bundan sonra neft dəmiryolu vasitəsi ilə Belarusun Novopolski Neftayırma zavoduna daşınacaq”

ABŞ-dan Belarusa göndərilən neft limana çatıb

ABŞ-dan Belarus üçün yola salınan, təxminən, ;80 min tonluq neft tankeri Litvanın Klaypeda dəniz limanına çatıb.

“Report” xəbər verir ki, bunu Belarusun “Belneftexim” dövlət şirkətinin mətbuat katibi Aleksandr Tişenko ;"RİA Novosti” agentliyinə bildirib.

“İyunun 5-də saat 23:00-da “Bakken” markalı77 min ton ABŞ nefti Klaypeda dəniz limanına çatdırılıb. Bundan sonra neft dəmiryolu vasitəsi ilə Belarusun Novopolski neft emalı zavoduna daşınacaq”, - o vurğulayıb.

Qeyd edək ki, 2020-ci il fevralın 1-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşdə əldə edilən razılığın nəticəsi olaraq artıq Belarus ABŞ-dan neft tədarük etməyə başlayıb.