ABŞ-dan TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA: "Türkiyənin itirilməsi..."

Türkiyənin NATO-dan çıxarılması həm ABŞ, həm də Aİ üçün böyük zərər olar.

ABŞ-dan TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA:
https://peyk.az

Peyk.az AzNews.aza istinadən xəbər verir ki, bunu Birləşmiş Statların milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen Amerika mətbuatına açıqlamasında deyib.

O, Türkiyəni NATO-da saxlamaq üçün əllərindən gələni edəcəyini və rəsmi Ankaranın bu təşkilatda çox mühüm rol oynadığını bildirib.

"Türkiyə NATO-nun üzvüdür və çox mühüm rol oynayır. İttifaq üzvü kimi Türkiyənin itirilməsi nə Avropa, nə də ABŞ üçün yaxşıdır".

Robert O' Brayen həmçinin xəbərdarlıq edib ki, Türkiyəyə Rusiyadan S-400 aldığı üçün sanksiyalar tətbiq olunacaq.

Qeyd edək ki, dünən Ağ Ev Türkiyəyə qarşı sanksiya haqqında yeni bəyanat verdi. Administrasiya Türkiyənin S-400-dən imtina etməyəcəyi təqdirdə ABŞ Konqresinin rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməyə hazır olduğunu elan etdi.