ABŞ-dan xəbərdarlıq: Türkiyənin vaxtı azalır!

S-400 sistemlərinin satın alınmasına görə, Türkiyəyə nə zaman sanksiya tətbiq ediləcəyi bəlli deyil. Lakin Vaşinqtonla yaşanan fikir ayrılıqlarını yoluna qoymaq üçün Ankaranın vaxtı getdikcə azalır.

ABŞ-dan xəbərdarlıq: Türkiyənin vaxtı azalır!
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi işlər üzrə müşaviri Klark Koper deyib.

“Türkiyəni dərhal F-35 proqramından çıxardıq. Digər ölkələr Türkiyənin itirdiklərinə və gələcəkdə itirəcəklərinə baxıb dərs çıxarmalıdırlar”, - deyə diplomat bildirib.

Koper yaz aylarında sanksiyaların tətbiq ediləcəyini istisna etməyib.