ABŞ geri çəkilir: İki baza tərk edildi

ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk edib.

ABŞ geri çəkilir: İki baza tərk edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, hərbi texnikanın yükləndiyi 40-a yaxın yük maşını Hasek əyalətindəki Xorab-Ceyr bazasını İraqla sərhədə doğru tərk edib. Eyni zamanda Şəddadi şəhərindəki bazadan hərbi texnikanın yükləndiyi 50 yük maşını İraqla sərhəddəki Əl-Vəlid sərhəd-buraxılış məntəqəsinə doğru yola düşüb.