ABŞ-ın liderliyi olmadan mümkün deyil - Norveç

NATO-nun komada olmasıyla bağlı heç bir işartı yoxdur.

ABŞ-ın liderliyi olmadan mümkün deyil - Norveç
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Norveç Xarici İşlər naziri İne Eriksen Syoreyde deyib.

Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi ilə bağlı situasiya çox çətindir və yaxın illərdə onun normallaşmasını gözləməyə dəyməz. O, NATO-nun hazırda aktual alyans olaraq qaldığını bildirib.

Syoreyde ABŞ-ın liderliyi olmadan NATO-nun mövcudluğunun mənasız olduğunu deyib:

“Bir sıra məsələlərdəki fikir ayrılığına rəğmən, ABŞ-ın Avropadakı təhlükəsizlik və müdafiə məsələlərində liderliyi həyati əhəmiyyətlidir. Mən deyərdim ki, ABŞ-ın Avropaya cəlbi yüksək olaraq qalır”.