Home Xarici ABŞ-ın Suriya qərarının arxasındakı DƏHŞƏTLİ PLAN ÜZƏ ÇIXDI: yeni müharibə meydanı və...

ABŞ-ın Suriya qərarının arxasındakı DƏHŞƏTLİ PLAN ÜZƏ ÇIXDI: yeni müharibə meydanı və Azərbaycan…

136
0

“Deməli, Əfqanıstan artıq əsas hədəf olacaq. Əfqanıstan üzərindən Mərkəzi Asiyaya da təsir göstərmək istəyəcəklər”.

PEYK.Az publika.az-a istinadla xəbər verir ki, bunu ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı Vaşinqtonun qərarını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç bildirib. O həmçinin, Suriyadakı çoxlu sayda döyüşçünün ABŞ tərəfindən Əfqanıstana aparıldığını söyləyib. Xatırladaq ki, ötən gün Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib. Donald Tramp özünün Tvitter səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb. ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib. Suriyada iki minə yaxın amerikalı hərbçinin olduğu bildirilir. Qeyd edək ki, Klintseviçin bu sözləri Əfqanıstanın yeni müharibə meydanına çevriləcəyi barədə ABŞ-ın ünvanına səsləndirilən ilk ittiham deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabr ayında “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib ki, Moskva İŞİD terror qruplaşmasının döyüşçülərinin amerikalılar tərəfindən İraq və Əfqanıstana daşınması haqqında məlumatları tez-tez əldə edir. “Bizdə tez-tez faktlar meydana çıxır ki, amerikalılar İŞİD döyüşçülərini İraq və Əfqanıstana daşıyırlar. Bu, həyəcanlı faktlardır”, – Lavrov qeyd edib.

Daha əvvəl Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy bildirib ki, İŞİD döyüşçüləri Əfqanıstanın şimal rayonlarında, yəni Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər. “Hərçənd amerikalılar bunu inkar edirlər, amma əfqan hakimiyyəti bütovlükdə etiraf edir ki, ölkənin şimalına İŞİD döyüşçülərinin axını var. Onlar bilmirlər ki, nə qədər döyüşçü var, lakin döyüşçülər Suriya və İraqdan gedirlər. Döyüşçülərin çox hissəsi əcnəbilərdir. Fərqlənmə nişanları olmayan helikopterlər Əfqanıstanın hava məkanında uçurdular. Yerli siyasətçilər bildirirlər ki, onlar İŞİD döyüşçüləri daşıyır, həmçinin onları ərzaq və döyüş sursatları ilə təchiz edirdilər”, – səfir deyib. Daha əvvəl isə İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here