ABŞ-ın yeni silahı ŞOK EFFEKTİ yaratdı - Dünyaya nümayiş etdilər

ABŞ ordusu yeni silah ərsəyə gətirib.

ABŞ-ın yeni silahı ŞOK EFFEKTİ yaratdı - Dünyaya nümayiş etdilər
https://peyk.az

Peyk.az xəbər verir ki, “X-61” adlı silah pilotsuz aparatdır. Silahın xüsusiyyəti onun qırıcı təyyarədən havaya buraxıla bilməsidir. Bu da, pilotsuz aparatların düşmənin müdafiə sistemləri tərəfindən müəyyən edilməsini çətinləşdirir. Aparat ilk testlərdən uğurlu çıxıb.

Test zamanı lentə alınan görüntülər Pentaqonun “Dynetics” fiması tərəfindən yayımlanıb. Videoda “Lockheed Martin C-130 Hercules” təyyarəsindən atılan pilotsuz aparatın, problem yaşamadan havada bir neçə saat uçduğu əks olunub. Raket rolunu da oynaya bilən aparat, yüksək manevr xüsusiyyətləri ilə seçilir.