ABŞ-ın yeni Suriya siyasəti - Əsl mahiyyət üzə çıxdı

ABŞ-ın yeni Suriya siyasəti - Əsl mahiyyət üzə çıxdı

ABŞ müdafi naziri Mark Esper Suriyanın şimali-şərqindəki Amerika hərbçilərinin neft yataqlarını qorumaq üçün bölgədə qalacaqlarını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Tramp ötən gün ölkəsinin Suriya neftinə olan marağını açıq etiraf etmişdi. Bildirmişdi ki, ABŞ İŞİD-in Suriya neftinə yenidən sahiblənməsinə imkan verməyəcək.

Esper bölgədə nə qədər hərbçi saxlayacaqlarını bildirməyib.

Tramp daha öncə ABŞ hərbçilərinin Suriyadan tamamilə çıxacağını bəyan etmişdi. "Bəlkə də kürdlərin neft bölgəsinə getmələrinin zamanı gəlib", deyə Tramp qeyd edib.