Home Siyasət “ABŞ İranla əlaqələrimizin əhəmiyyətini anlayır” – Ermənistan səfiri

“ABŞ İranla əlaqələrimizin əhəmiyyətini anlayır” – Ermənistan səfiri

207
0

“ABŞ-ın Tehranla Yerevan əlaqələrinə dair Ermənistanla apardığı danışıqlardan İranla münasibətimizin bizim üçün çox əhəmiyyətli olduğunu amerikalılar anladılar”.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan “İran-Ermənistan əlaqələri, imkanlar və çağırışlar” adlı görüşdəki çıxışında İslam Respublikası ilə əlaqələrini azaltması üçün Vaşinqtonun Yerevana təzyiqlərindən danışarkən bildirib.

“Ermənistan İrandan daha çox təbii qaz idxal etmək niyyətindədir”, – deyə səfir vurğulayıb.

A.Tumanyan Yerevanın Tehrana elektrik enerjisinin ixracını artırmağa hazır olduğunu bildirib. Səfir yaxın zamanda iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artacağına ümidvar olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında bu istiqamətdə göstərici 200-250 milyon dollardır, ancaq tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here