ABŞ kiber müharibəyə başlayıb - Zərifdən ittiham

ABŞ kiber müharibəyə başlayıb - Zərifdən ittiham
https://www.peyk.az

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonu kiber müharibə etməkdə suçlayıb.

Teleqraf.com xəbər verir ki, nazir NBC telekanalına verdiyi müsahibədə İranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istədiyinə dair iddialara cavab verərkən deyib.

"Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Lakin bir kiber müharibə var, ABŞ bu kiber müharibəni başladıb, nüvə obyektlərimizə təhlükəli və məsuliyyətsiz hücum edib. Bu, milyonlarla insanın ölümünə səbəb ola bilərdi", - deyə Zərif bildirib.