ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, konqresin Təxsisatlar komitəsinin və Helsinki komissiyasının üzvü, konqresmen Robert Aderholt&(Respublikaçı – Alabama),&həmçinin Konqresin Xarici işlər komitəsinin üzvü Stiv Şabot Konqresdə Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatları veriblər.

ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, konqresin Təxsisatlar komitəsinin və Helsinki komissiyasının üzvü, konqresmen Robert Aderholt ;(Respublikaçı – Alabama), ;həmçinin Konqresin Xarici işlər komitəsinin üzvü Stiv Şabot Konqresdə Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatları veriblər.

“Report”un ;xəbərinə görə, ;mayın 27-si və 28-də verilən ;bəyanatlar ABŞ Konqresinin rəsmi saytında dərc edilib.

Bəyanatında Azərbaycanın Sovet İttifaqı tərəfindən işğal edilməsinə baxmayaraq, 70 il sonra – 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran ;Robert Aderholt Respublika Gününün ölkənin İsraillə münasibətlər, enerji təhlükəsizliyi və bölgədə sabitlikdə xüsusi rolu daxil olmaqla, müsbət tərəflər haqqında düşünmək üçün yaxşı vaxt olduğunu vurğulayıb.

R.Aderholt əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda çiçəklənən və təhlükəsiz vəziyyətdəki yəhudi icmasına ev yiyəliyi etdiyini və Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin möhkəm olduğunu bildirib.

Bundan başqa, bəyanatda Azərbaycanın Xəzəryanı bölgənin Rusiya neftindən asılılığını azaltmağa çalışdığı diqqətə çatdırılıb.

R.Aderholt həmçininn Azərbaycanın ABŞ və NATO qüvvələrinə dəstəyini də vurğulayıb.

Sonda Azərbaycanın strateji regionda ABŞ-ın vacib partynoru olduğu bildirilib.

Konqresmen Stiv Şabot (Respublikaçı – Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi öz ənənəsini qoruduğunu diqqətə çatdırır.

Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin universal tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyini bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.

Bugün, Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və terrorçuluq ilə qlobal mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırır.

Bəyanatın sonunda, Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.