ABŞ körfəzə ordu göndərir - Müdafiə naziri açıqladı

ABŞ körfəzə ordu göndərir - Müdafiə naziri açıqladı
https://peyk.az

ABŞ Müdafiə naziri mark Esper Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tələbi ilə Körfəzə hava müdafiəsi dəstəyi vermək üçün hərbi qüvvələr göndəriləciyini açıqlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Ağ Ev"də Səudiyyə Ərəbistanının "Aramco" neft şirkətinin təsislərinə edilən hücumlarla bağlı beynəlxalq təhlükəsizlik toplantısı keçirilib. Bu toplantıdan sonra mətbuat konfransı təşkil edən Mark Esper bu hücumun bölgədə gərginliyi artırdığını qeyd edib və bildirib ki, bütün əlamətlər hücumdan İranın öhdəli olduğunu göstərir:

"Başqa hücumların qarşısını almaq üçün Səudiyyə Ərəbistanı kritik məntəqələrini qorumaq üçün dəstək tələb etdi. BƏƏ-də həmçinin, yardım tələbi edib. Krallığın dəstək tələbindən sonra prezident (Donald Tramp) xüsusən də hava və raket müdafiəsi qüvvələrinin bölgəyə göndərilməsinə qərar verdi".