ABŞ-la müharibə olmayacaq, amma... - İran

Süleymaninin ölümünə görə ABŞ-la müharibə olmayacaq, amma onlara dərs verəcəklər.

ABŞ-la müharibə olmayacaq, amma... - İran
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Hüseyn Nakavi Hüseyni deyib. Onun sözlərinə görə, general Süleymani terrorizmlə mübarizədə həyatını qurban verib:

“Amerikalıları cinayətlərinə görə bağışlamaq olmaz. Bu cinayətkar addım cavabsız qalmayacaq. Onlar peşman olacaqlar. ABŞ-dan qisas üçün regional müharibəyə ehtiyac yoxdur”.