ABŞ Maduroya görə bu şirkəti də vurdu

ABŞ Kubanın "Panamerikana" neft şirkətinə sanksiya tətbiq edib.

ABŞ Maduroya görə bu şirkəti də vurdu
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, "Panamerikana" şirkəti Venesuela Prezidenti Nikolas Maduroya qeyri-qanuni yardım edib.

Sanksiyaya əsasən, "Panamerikana"nın ABŞ-dakı aktivləri dondurulacaq və amerikalılara bu şirkətlə iş görmək qadağan ediləcək.