ABŞ ordusunda xidmət edən azərbaycanlı — “Xalqımın adət və ənənələrinə riayət edirəm”

"Ölkəı.Az" xəbər verir ki, S.Şixəliyev media.az-a müsahibəsində ;özündən, ABŞ-a köçməsindən və hərbi xidmətindən danışıb.

ABŞ ordusunda xidmət edən azərbaycanlı — “Xalqımın adət və ənənələrinə riayət edirəm”

- Özünüz ;haqqında ;qısaca ;danışın…

- Mən 1983-cü ildə Bakıda anadan olmuşam. Daha sonra ailə vəziyyətinə görə Türkmənistana köçmüşük. Lakin buna baxmayaraq, mən tez-tez Bakıya, nənəmin yanına gəlirdim. İndi də Bakıda yaşayan nənəmi ziyarət etməyə çalışıram. Axırıncı dəfə Vətəndə 2019-cu ildə olmuşam.

- ABŞ-a nə vaxt köçmüsünüz?

- 1997-ci ildə “Green Card” udaraq ABŞ-a köçmüşük. O vaxta qədər bu ölkədə qohumlarım yaşayırdı.

- Belə çıxır ki, siz təhsilinizi Amerika məktəbində davam etdirmisiniz?

- Bəli, mən orada səkkizinci sinfə getdim. Eyni zamanda, işləməyə başladım. Çünki ABŞ-da uzun müddət işsiz qala bilməzsən.

- Hansı işdə çalışırdınız?

- ;Hansı işlərdə işləməmişəm... Mağazada satıcı, restoranda ofisiant, tikintidə fəhlə... Həmçinin, mühafizəçi və sürücü kimi də çalışmışam.

- ABŞ ordusuna necə gedib çıxdız?

- ABŞ-dakı immiqrantlar yaşları imkan verirsə, orduda xidmət edə bilərlər. Mən özüm bunu istədim və 24 yaşında orduya yollandım. ;

- Bəs ABŞ vətəndaşlığını nə vaxt aldınız?

- İki il sonra.

- Hərbi işə marağınız haradandır?

- Amerikada yaşasam da, Azərbaycanda doğulmuşam. Xalqımın adət və ənənələrinə riayət edirəm. Atam, babam orduda xidmət ediblər. Mən də bu ənənəni pozmaq istəmədim. Həmişə vətəndaşların müdafiə və köməyinə yönəlik ;sahədə çalışmaq istəmişəm.

Müsahibəni daha ətraflı Media.az saytından oxuya bilərsiniz.