ABŞ PUA-sı Rusiya sərhədini pozdu

ABŞ PUA-sı Rusiya sərhədini pozdu
https://www.peyk.az

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Donbasdakı sərhəd xəttində və Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat uçuşu həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Pleynradar" yayıb. Məlumata görə, dünən İtaliyadan havaya qalxan aparat Yunanıstan, Bolqarıstan, Rumıniya və Ukrayna səmasında görünüb.

Daha sonra Ukraynanın Donbas bölgəsindəki sərhədi pozan PUA-nın Krımın cənub sahilindən keçərək, Rusiyanın Qara dəniz sərhədinə doğru uçuş reallaşdırdığı bildirilib