ABŞ-Rusiya arasında yeni gərginlik BAŞ QALDIRDI: Vaşinqton rus millət vəkillərini

ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün Rusiya heyətindən bəzi şəxslərə viza verməyib.

ABŞ-Rusiya arasında yeni gərginlik BAŞ QALDIRDI: Vaşinqton rus millət vəkillərini
https://www.peyk.az

Publika.az xəbər verir ki, bu barədə Rusiya federasiya Şurası Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev danışıb.

Sədr bu durumu skandal adlandırıb və bildirib ki, Xarici İşlər Nazirliyi vasitəsilə sərt addımlar atılacaq. ABŞ-ın BMT üzvü olaraq öz öhdəliklərini yerinə yetirmədiyini dilə gətirən Kosaçev bu durumun ABŞ-Rusiya münasibətlərini korlayacağını qeyd edib.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfirinə etiraz notası göndərib. Kremlin mətbuat katibi Dmitri Peskov da durumun təlaşverici və qəbuledilməz olduğunu deyib: “Vaşinqton beynəlxalq öhdəliklərini yerinə yetirmir”.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova hadisəni təsdiqləyərək rus diplomatların viza üçün vaxtında müraciət etdiyini xatırladıb.