ABŞ Rusiya ilə nüvə silahı məsələsini müzakirə edəcək

ABŞ Rusiya ilə strateji stabilliyin təmin edilməsi məsələsində ikitərəfli müzakirələr aparacağını təsdiq edib və bu mövzuda Çinin də iştirak etməsinin əhəmiyyətini vurğulayıb.

“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli deyib.

“Bu gün Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ilə iyun ayında nüvə silahı ilə əlaqədar danışıqların vaxtı və yeri ilə razılaşdım. Çin də dəvət olunur. Çin gəlib vicdanla danışıqlar aparacaqmı?”-deyə, “Twitter” yazıb.

“Bloomberg” daha əvvəl bildirib ki, danışıqlar iyunun 22-də Vyanada keçiriləcək.