ABŞ Rusiya qüvvələrinin qarşısını kəsdi

ABŞ ordusu Hasekə əyalətində son 8 gündə 4 dəfə rus əsgərlərin yolunu kəsərək hərbi bazalarına geri döndərib.

ABŞ Rusiya qüvvələrinin qarşısını kəsdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb. Məlumata görə, Suriyada YPG/PKK nəzarətindəki bölgələrdə xidmət aparan ABŞ ordusu əyalətdə yerləşən hərbi bazadan çıxaraq hərəkət edən rus hərbi maşınlarının qarşısını kəsiblər. Daha sonra isə havaya qalxan rus helikopterini endirmək üçün ABŞ-ın 2 helikopteri onlara müdaxilə edib və rus helikopterləri enməyə məcbur edib.

ABŞ ordusunun rus qüvvələrinə mane yaratması nəticəsində Rusiya hərbi qüvvələri bölgədəki hərbi bazaya geri dönmək məcburiyyətində qalıb.