ABŞ Səudiyyə Ərəbistanında “Patriot” zenit-raket kompleksi yerləşdirəcək

ABŞ Səudiyyə Ərəbistanında “Patriot” zenit-raket kompleksi yerləşdirəcək
https://www.peyk.az

ABŞ Səudiyyə Ərəbistanındakı neft obyektlərinə son hücumlardan sonra Krallıqda “Patriot” zenit-raket kompleksi yerləşdirəcək.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Jonathan Hoffman cümə axşamı yaydığı açıqlamada bildirib.

Sistemi işlətmək üçün dörd radar və təxminən 200 hərbi personalın Səudiyyə Ərəbistanına göndəriləcəyi qeyd olunur.