ABŞ: "Səudiyyə neftinə hücumun arxasında İran dayanır"

Amerika Birləşmiş Ştatları (ABŞ) hava hücumunun istiqaməti üzrə peyk görüntülərini yayımlayıb və Səudiyyənin neft obyektlərinə hücumların arxasında İranın dayandığı iddiasını dəstəkləmək üçün kəşfiyyat məlumatlarına istinad edib.

ABŞ:
https://www.peyk.az

İran şənbə günü Yəməndəki Husi qruplaşmasının törətdiyi hava hücumunda iştirakını təkzib edir. İddialara görə, İran hökuməti Husi qruplaşmasını dəstəkləyir.

Adı açıqlanmayan ABŞ rəsmisi ABŞ və beynəlxalq mediaya "hücumların istiqaməti və miqyasına görə Husilərin iştirakından şübhələndiklərini" deyib.

Bu hadisə qlobal neft tədarükünü 5 faiz azaldıb.

Bu hadisə həm də neft qiymətlərinin 1991-ci ilin Körfəz müharibəsindən sonra bir günün içində ən böyük artımasına səbəb olub, 20 faiz artım daha sonra azalma ilə müşahidə olunub.

Brent markalı neftin bir barelinin qiyməti isə qəfildən 71,95 dollara yüksəlib.

Dron hücumları

ABŞ hökuməti nə deyir?

Həftəsonu ABŞ dövlət katibi Mike Pompeo İranı ittiham edib ki, o, hücumlarda iştirak etmədiyini sübuta yetirmədən Vaşinqtonu yalan danışmaqda günahlandırır.

Bazar günü ABŞ prezidenti Donald Trump atdığı tweet-lə "İranı günahlandırmaqdansa, günahkar bəlli olduqdan sonra mümkün hərbi əməliyyatlara başlamağı" təklif edib.

Nə baş verib?

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun idarə etdiyi iki əsas neft təsisatında dron hücumlarından sonra yanğın baş verib, dövlət mediası xəbər verib.

Hadisə yerindən çəkilmiş videolarda Aramco-nun ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə böyük yanğın görünür.

Fire at Saudi plant at AbqaiqFotonun müəllifiREUTERS

Yəməndə İranın dəstəklədiyi Husi qruplaşmasının sözçüsü bildirib ki, onlar hücum üçün 10 dron göndəriblər.

Qruplaşmanın hərbi sözçüsü Yəhya Sareya Husi hərəkatına məxsus al-Misarah TV-ə bildirib ki, gələcəkdə yeni hücumlar planlaşdırılır.

O bildirib ki, şənbə günü həyata keçirilmiş hücumlar Husi qüvvələrinin Səudiyyə Ərəbistanında həyata keçirdiyi ən böyük əməliyyatlardan biridir və ona "krallığın içindəki dəyərli insanlar da dəstək verib".

Səudiyyə rəsmiləri hələ ki, hücumla bağlı şərh verməyiblər.

İranın dəstəklədiyi Husi üsyançıları hərəkatı Yəmən hökuməti və Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya qarşı vuruşur.

2015-ci ildə Yəmən prezidenti Abdrabbuh Mansour Hadi Husi qruplaşması tərəfindən ölkə paytaxtə Sananı tərk etməyə məcbur edildikdən sonra Yəməndə müharibədir. Səudiyyə Ərəbistanı Prezident Hadini dəstəkləyir və üsyançılara qarşı region dövlətlərinin koalisiyasına rəhbərlik edir.

Koalisiya qüvvələri demək olar ki, hər gün üsyançılara qarşı havadan zərbələr endirir. Husi üsyançıları isə tez-tez Səudiyyə Ərəbistanını raket atəşinə məruz qoyurlar.