ABŞ tarixində ilk dəfə qaradərili general HHQ-nin rəhbəri təyin olunub

ABŞ Senatı afroamerikalı Corc Floydun ölumündən sonra başlanan etirazlar fonunda qaradərili generalın HHQ qərarqahın rəhbəri vəzifəsinə namizədini təsdiqlədi

ABŞ tarixində ilk dəfə qaradərili general HHQ-nin rəhbəri təyin olunub

ABŞ Senatı afroamerikalı Corc Floydun ölumündən sonra başlanan etirazlar fonunda qaradərili generalın Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə namizədinliyini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, konqresmenlər yekdilliklə Çarlz Braunun bu vəzifəyə namizədliyinə səs veriblər.

“Namizədliyimin irəli sürülməsi bir qədər ümid verir, baxmayaraq ki, (həmin təyinat) əsrlərlə davam edən köləliyi və ABŞ Hərbi Hava Qüvvələrinin qaradərili nümayəndələrinin üzləşdiyi ayrıseçkiliyi düzəldə bilməz”, - deyə təyinatını şərh edən Braun bildirib.

ABŞ prezidenti Donald Tramp ;yeni qərargah rəisinin namizədliyinin Konqres tərəfindən rəsmi təsdiqlənməsindən əvvəl təbrik edib, Braun kimi bir “vətənpərvər və lider” ilə işləməkdən məmnun qalacağını söyləyib. Ölkə lideri qaradərili generalın təyin olunmasının "öz qərarı" olduğunu da qeyd edib.