ABŞ Türkiyəni mühasirəyə almaq üçün HƏRƏKƏTƏ KEÇDİ: minlərlə əsgər və döyüş helikopterləri...- FOTO

Suriya böhranında PKK-nı dəstəkləyərək Türkiyəni mühasiyərə almağa çalışan ABŞ ordusu Yunanıstanın təhlükəsizlik qayğılarını bəhanə edərək Egeyə yerləşməyə çalışır.

ABŞ Türkiyəni mühasirəyə almaq üçün HƏRƏKƏTƏ KEÇDİ: minlərlə əsgər və döyüş helikopterləri...- FOTO
https://www.peyk.az

Publika.az xəbər verir ki, türk donanmasının Kiprətrafı fəaliyyətindən narahat olan və bu günə qədər 5 bölgəsini ABŞ əsgərlərinə verən Afina hökuməti bu dəfə Stefanoviç bölgəsinin qapılarını Pentaqona açıb.

İstiqamət olaraq Balıkesir-Ayvalık bölgəsinin tam qarşısına düşən Stefanoviçdə Yunanıstan ordusunun istifadə etdiyi I Quru Qüvvələri Aviasiya Tuqayına helikopter bazası qurulur. Bu bazanı ABŞ əsgərləri istifadə edəcək. İnşa prosesi tamamlanandan sonra buraya “Apaçi” kimi hücum helikopterləri ilə yanaşı, “Black Havk”, “Çinuk” kimi yükdaşıma helikopterləri gətiriləcək.

ABŞ Türkiyə sərhədinə 60 km məsafədə yerləşən Dədəağacda yerləşən bazalarına bir müddət əvvəl döyüş gəmisi ilə 2 min əsgər, 700 avtomobil, konteynlər və personal göndərmişdi.

Yunan mediasının “İncirlik alternativi” adlandırdığı Ciritdəki Suda bazası və müxtəlf bölgələrdə yerləşən bu kimi bazaları istifadə edən ABŞ Yunanıstanı Egeydəki Türkiyə Pilotsuz Uçuş Aparatlarına qarşı RQ-4 Qlobal Havk tipli PUA-larla dəstəkləməyə qərar verib.