ABŞ üçün kabusa çevrilən Rusiya silahı + VİDEO

Rusiya Müdafiə naziri Sergey Şoyqu sentyabrın 22-də verdiyi müsahibədə ölkəsinin ABŞ-a qarşı çıxmaq üçün təyyarədaşıyanlara ehtiyacı olmadığını bəyan edib.



Femida.az -ın məlumatına görə, nazir bildirib ki, Rusiyada təyyarədaşıyan gəmiləri batıra biləcək kifayət qədər güclü silahlar var.

İki gün əvvəl Sakit okeanda “Omsk” nüvə sualtı gəmisindən “P-700” “Qranit” zenit raketinin sınaq atışı keçirilib.

Raket 350 kilometr məsafədə yerləşən dəniz hədəfinə zərbə endirib.

İndi isə hərbi nəşrlər və hərbi mütəxəssisləri bu sual düşündürür: S.Şoyqu təyyarədaşıyan gəmiləri məhv edəcək silahlardan danışarkən “P-700” raketlərini nəzərdə tutub?

Çin mətbuatı yazıb ki, “P-700” “Qranit” raketləri ən böyük aralığa və sürətə, eyni zamanda, dağıdıcı gücə malikdir.

Bundan başqa, “soyuq müharibə” dövründə Rusiyada qəbul edilmiş raketlərdən istifadə metodlarına uyğun olaraq uçuş zamanı onlar arasında məlumat mübadiləsi aparıla bilər.

İlk olaraq raket düşmən birləşmələrinin vəziyyətini göstərən peyk şəkillərini çəkmək üçün çox yüksəkdə uçur. Bundan sonra hesablamalar aparılır, əsas mövqelər nəzərə alınır.