ABŞ vətəndaşlarının yarısı koronavirusun süni şəkildə yaradıldığına inanır

ABŞ vətəndaşlarının yarısı koronavirusun laboratoriyada süni şəkildə yaradıldığına inanır. RT-nin məlumatına görə, bu barədə Demokratiya Fondunun “UCLA Nationscape Project”lə birgə keçirdiyi sorğunun nəticələrindən məlum olub. Amerikalıların üçdə biri COVID-19-a qarşı peyvəndin olduğunu, ancaq bunun xalqdan gizlədildiyini düşünür. 48 faiz sorğu iştirakçısı...

ABŞ vətəndaşlarının yarısı koronavirusun süni şəkildə yaradıldığına inanır

ABŞ vətəndaşlarının yarısı koronavirusun laboratoriyada süni şəkildə yaradıldığına inanır.

RT-nin məlumatına görə, bu barədə Demokratiya Fondunun “UCLA Nationscape Project”lə birgə keçirdiyi sorğunun nəticələrindən məlum olub.

Amerikalıların üçdə biri COVID-19-a qarşı peyvəndin olduğunu, ancaq bunun xalqdan gizlədildiyini düşünür.

48 faiz sorğu iştirakçısı isə ABŞ hökumətinin koronavirusdan ölənlərin dəqiq sayının deyilmədiyini güman edir.

Son məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların sayı 987 322 nəfərdir. Onlardan 55 415 nəfəri ölüb, 118 781 nəfəri sağalıb.