Acı bibər ağ ciyər xərçənginin qarşısını alır

Acı bibər ağ ciyər xərçənginin qarşısını alır

Acı bibər ağ ciyər xərçənginin qarşısını alır

Kapsaitsin maddəsi ağ ciyər xərçəngində metastazın qarşısını alır. Peyk.az sonxeber.aza istinadən xəbər verir ki,bunu Marşall universitetinin alimləri bəyan ediblər. Sözügedən maddə acı bibərdə olur və tərəvəzə acılığı məhz bu maddə verir.
Alimlər müəyyən ediblər ki, kapsaitsin "Src" zülalının aktivləşməsinin qarşısını alır. Bu maddə hüceyrələrin ölümünə və sağ qalmasına cavab verir. Eyni zamanda bu maddə ağ ciyər xərçəngində metastazın azalmasını təmin edir.
Amma eyni zamanda bu maddənin əks təsiri də ola bilər. Məsələn, mədə spazması və yanması kimi problemlər üzə çıxa bilər.
Hazırda alimlər kapsaitsin maddəsindən xərçəngə qarşı yeni dərman preparatları hazırlanması üzərində işləyirlər.