Home İdman Adi səhvlərdən qol buraxdıq – Aftandil Hacıyev

Adi səhvlərdən qol buraxdıq – Aftandil Hacıyev

188
0

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”yə 1:2 hesabıyla məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.

Peyk.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:

“Birinci hissədə daha sürətli oyunun şahidi olduq. Hər iki komanda fəal oyun nümayiş etdirdi. Bir neçə qol imkanımız oldu. Adi səhvlərdən qol buraxdıq. Həm hakimlər, həm də bizim üçün yaxşı oldu ki, səhvlərimizdən nəticə çıxaraq. Rəqib layiqliqələbə qazandı”.

-Hakimliklə bağlı nə deyə bilərsiz?
-Hakimliklə bağlı tez fikir bildirmək istəmirəm. Fəhmin Muradbəylinin yıxıldığı epizod penaltiyə daha çox uyğun idi. Hakim də penaltini verməklə bağlı şübhəli idi.

-“Neftçi”nin futbolçuları meydanın sizə aid hissəsində daha rahat oynayırdılar. Komandanızın müdafiə xəttində problemlər var?
-İkinci hissədə rəqibə qol yaratmaq imkanı vermədik. Son 15-20 dəqiqə ərzində böyük qüvvəylə irəli atıldıq, ona görə də, müdafiədə boşluqlar yarandı.

-Heyətdəki zədəli futbolçuların vəziyyəti necədir?
-Mövsümün əvvəlindən zədəli futbolçularımız var. Ağabala Ramazanovun zədəsi sağalmışdı. Məşqlərə başladıqdan sonra yenə ağrılar hiss etməyə başladı. Növbəti turlarda ehtiyat oyunçularımızdan istifadə etməyə çalışacağıq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here