Adnan Oktarın intim fantaziyalarını reallaşdırdığı ev: Ürək bulandıran... - VİDEO

"Öz cinsi fantaziyalarını reallaşdırmaq istədiyi qadınları o evdə saxlayırdı"

Adnan Oktar olaylarında zərərçəkmiş qismində adı çəkilən Beril Koncagül Ferhat Ünlünün aparıcılığı ilə yayımlanan "Kozmik masa" verilişində qonaq olub. O, başına gələn ürək bulandırıcı anlardan danışıb.

AzNews.az xəbər verir ki, o, sözügedən təşkilata hansı şəkildə qoşulmasından danışıb. Bildirib ki, 2010-cu ildə universitetdə oxuyan zaman zorla Adnan Oktarın evinə gətirilib.

"O, zaman Teknik Yıldız Universitetində oxuyurdum. İtaliyada təhsilimi davam etdirmək üçün sənədlərimi göndərmişdim. Bundan başqa bir çox reklam filmlərində də oynayırdım. Bir gün məni görüb, bəyənib. Adamlarına "o, qızı bura gətirin", - deyə əmr verib. Onlardan qaçmaq mümkün deyil. Evinin kənarında silahlı adamlar dayanır. Onun Dargosdakı evi cinsi fantaziyalarını reallaşdırdığı qərargahdır. Öz cinsi fantaziyalarını reallaşdırmaq istədiyi qadınları o evdə saxlayırdı".