Home İdman AFFA-nın diqqətində olan futbolçu PSJ, “Çelsi” və “Arsenal”ın hədəfində

AFFA-nın diqqətində olan futbolçu PSJ, “Çelsi” və “Arsenal”ın hədəfində

131
0

“Beşiktaş”ın “Feyenoord”dan transfer etmək istədiyi Orkun Kökcü üçün Avropa nəhəngləri də “elçi düşüb”.

PEYK.AZ Dailymail-a istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçini İngiltərənin “Çelsi”, “Tottenhem” və “Arsenal” klubları transfer hədəfinə alıb. Kökcünün transferi üçün Rotterdam klubu ilə danışıqlar aparılır. Orkunla “Beşiktaş”la PSJ-nin də maraqlandığı bildirilir.

Qeyd edək ki, Orkun Kökçü 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün qardaşıdır. Ozan Türkiyə I Liqasında “Giresunspor”da çıxış edir.

Qeyd edək ki, AFFA bir müddət Orkun Kökcünü də milliləşdirmək üçün addın atıb, lakin futbolçu Hollandiya millisini seçməyi üstün tutub. Orkun Hollandiyanın U-19 millisinin üzvüdü.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here