“Ağ canavar” yenidən dünya çempionu oldu

Antalyada kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçirilir.

“Ağ canavar” yenidən dünya çempionu oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, Azərbaycanın tanınmış idmançısı, “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov veteran kikboksçular arasında kik-layt versiyası üzrə dünya çempionu olub.

Qeyd edək ki, bu, idmançımızın 2019-cu ildə ikinci dünya çempionluğudur. E.Məmmədov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ilin oktyabrında keçirilmiş dünya çempionatında kikboksinqin layt-kontakt versiyası üzrə dünya çempionu adına layiq görülüb.