“AGBank”ın qiymətli kağızları ticarətdən çıxarılır

Delistinq haqqında qərar 2 ay sonra qüvvəyə minəcək

“AGBank”ın qiymətli kağızları ticarətdən çıxarılır

Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “AGBank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhmlərinin delistinq edilməsi qərara alınıb.

“Report” bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.

Xatırladaq ki, bu il mayın 12-də Azərbaycan Mərkəzi Bankı “AGBank”da aparılmış dəqiqləşdirmələr nəticəsində həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyini tam itirdiyini, daha da pisləşdiyini aşkar edərək ;lisenziyasını ləğv edib.